| |

Banner, internet səhifələrində yayımlanan online-interaktiv reklam növüdür.
İnternet reklamlarının aparıcı qüvvəsini təşkil edən bannerlər, mətn, şəkil, animasiya, hətta səs
kimi bütün multimedia vasitələrin istifadəsi ilə hazırlanmış müxtəlif ölçülü qrafik təsvirlərdir.
Bannerlər, məhsul və ya xidmətinizlə bağlı istədiyiniz mesajın, seçilən uyğun internet səhifəsində
görülməyinə imkan verir.
Bannerdə reklam olunan məhsulun təsviri, onun xüsusiyyətləri ilə bağlı mətn, animasiya formatında
hədəf kütlənizə daxil olan İnternet istifadəçilərinə təqdim oluna bilər.
Bannerlər mesajı birbaşa əks etdirə, İnternet istifadəçisi haqqında məlumat toplaya,
onu birbaşa reklam sifarişçisinin səhifəsini yönəldə bilər.
Banner reklam sifarişçisinin ticarət nişanının tanınmasını, tanıyanlar arasında sədaqətliliyin artırılmasını,
yeni müştərilərin qazanılmasını təmin edir.
|
|
|
|
|